BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Azərbaycana gəldi

Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahin Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Bu barədə Pravda.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qarşılayıb.

Səfər zamanı beynəlxalq və regional səviyyədə mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində aktual problemlərin həlli istiqamətində müzakirələrin aparılması və qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulub.

Səfərin gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Tarix: 29 May 2021, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin