BURADA REKLAMINIZ OLA
BİLƏR

Qazaxıstanlı bloger: "Gəncədə gördüklərimdən sarsılmışam"

“Müharibənin öz qanunları olsa da, dinc sakinlərə qarşı belə əməllər yolverilməzdir. Bu, BMT bəyannamələrindən tutmuş bir çox hüquqi sənədlərdə əksini tapıb”.

 

Pravda.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Show Me Azerbaijan" layihəsi çərçivəsində Gəncəyə səfər edən bir qrup xarici blogerlər arasında olan qazaxıstanlı bloger Doulet Mukayev jurnalistlərə bildirib.

 

“Burada gördüklərimdən sarsılmışam”, – deyən qazaxıstanlı bloger Azərbaycana sülh və əmin-amanlıq arzulayıb.

 

Qeyd edək ki, əcnəbi blogerlər Gəncədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən raket hücumu nəticəsində dinc sakinlərin həlak olduqları məhəllələrə baş çəkiblər.

Tarix: 29 May 2021, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin