BURADA REKLAMINIZ OLA
BİLƏR

İki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə magistral yolun Qazax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"QAZ-53" və "QAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1986-cı il təvəllüdlü Əfqan Abdullayev, 1992-ci il təvəllüdlü Tamerlan Mehdiyev və 1977-ci il təvəllüdlü Vüqar Musayev xəsarət alıblar. Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıblar.

 

Qeyd edək ki, qəza zamanı "QAZ-53" avtomobili aşıb.

 

Faktla bağlı araşdırma aparılır.Report

Fotoları təqdim edirik
Tarix: 17 Noyabr 2019, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin