BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici blogerlər Ağdamda səfərdədirlər - YENİLƏNDİ

"Show me Azərbaijan" layihəsi çərçivəsində Ağdama səfər edən əcnəbi blogerlər Cümə Məscidində olublar.

 

Blogerlər Cümə Məscidini ziyarət etdikdən sonra, Ağdam Dövlət Dram Teatrının dağıdılan binasını ziyarət ediblər. Onlar ermənilərin burada törətdikləri vandallıqlarla yerindəcə tanış olublar. Binanın qarşısında tar ifası dinlənilib.

 

***

10:56

 

"Show Me Azərbaijan" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan xarici blogerlərin Ağdam şəhərinə səfəri başlayıb.


Pravda.az-ın xəbərinə görə, səfər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə həyata keçirilir.


Layihənin məqsədi azad edilmiş ərazilərdə mövcud olan vəziyyəti, işğalın ağır nəticələrini, Ermənistan tərəfindən törədilmiş kütləvi dağıntılar və insanlığa qarşı cinayətləri beynəlxalq ictimaiyyətə beynəlxalq səviyyədə təqdim etməkdən ibarətdir. "Show Me Azərbaijan" layihəsində Şimali Amerika və Avrasiya daxil olmaqla 8 ölkədən ümumilikdə 12 sosial media fenomeni iştirak edir.Report

Tarix: 30 May 2021, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin