BURADA REKLAMINIZ OLA
BİLƏR

Pul alarkən görüntüsü yayılan polis əməkdaşı öldü

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, faktla bağlı araşdırmalar aparılıb.

 

“Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib” - o bildirib.

 

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.Report

Tarix: 23 Yanvar 2020, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin