BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məhkəmə hakimi arvadını öldürdü

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

Pravda.az-ın məlumatına görə, hadisə təxminən 3 saat öncə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Qafqazinfo 

Tarix: 31 May 2021, 07:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin