BURADA REKLAMINIZ OLA
BİLƏR

Penitensiar Xidmətin əsgəri özünü xidməti silahla öldürdü

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.


Pravda.az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.


Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.


Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tarix: 31 May 2021, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin