BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dövriyyəyə saxta pul buraxan şəxs saxlanıldı

Bakıda saxta pulu dövriyyəyə buraxan şəxs saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, yanvarın 10-da Bakı şəhər sakini Z.Göyüşov polisə müraciət edərək bildirib ki, yanvarın 8-də gecə saatlarında Moskva prospektində naməlum şəxs ona 500 manat saxta pul ödəyərək mobil telefon alıb.

 

Daxil olan müraciət əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri çevik intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyəyə saxta pul buraxmaqda şübhəli bilinən Salyan rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunan 1993-cü il təvəllüdlü Qüdrət Bayramov müəyyən olunaraq tutulub.

 

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxta pulun mənbəyi araşdılır.APA

Tarix: 23 Yanvar 2020, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin