BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-in binası qarşısında etiraz aksiyası

Əlillik təyinatları ilə bağlı narazılığı olan bir neçə əlil Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz aksiyası keçirib.

TƏBİB-dən Pravda.az-a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib:

“Əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır. Tibb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.

Tarix: 31 May 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin