BURADA REKLAMINIZ OLA
BİLƏR

Şoyqu və Arutunyan arasında növbəti telefon danışığı oldu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan arasında növbəti telefon danışığı olub.

 

Pravda.az-ın məlumatına görə, telefon söhbətində Ermənistan-Azərbaycan sərhədində vəziyyət, habelə iki nazir arasında mayın 28-də Moskvada baş tutmuş danışıqlarda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin yolları müzakirə olunub.

 

S. Şoyqu və V. Arutunyan, həmçinin, Ermənistan Silahlı Qüvvələrində islahatların əsas istiqamətləri, Rusiya sülhməramlılarının Qarabağdakı missiyası, regional təhlükəsizliyə dair bəzi məsələlər barədə də fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, son günlər Rusiya və Ermənistan müdafiə nazirləri arasında təmaslar intensiv xarakter alıb.

 

Mayın 20-də və 25-də iki nazir arasında telefon danışığından sonra V. Arutunyan mayın 28-də Moskvaya səfər edərək S. Şoyqu ilə görüşüb.

 

Tarix: 31 May 2021, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin