BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi içki məclisindən sonra qadını bıçaqladı - 16 bıçaq zərbəsi

Bakıda bıçaqlanma hadisəsi olub.

 

Pravda.az-ın xəbərinə görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu, 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu Xətai rayonu ərazisində birlikdə yemək yeyib, spirtli içki qəbul edəndən sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb.

 

Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib.

 

Daha sonra B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

Tarix: 23 Yanvar 2020, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin