BURADA REKLAMINIZ OLA
BİLƏR

"Həkim səhlənkarlığından söhbət gedə bilməz" - RƏSMİ

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində xəstəxanaya müraciət edən 67 yaşlı kişi ölüb. İlkin məlumata görə, xəstə Şamil Nəbiyev həkim səhlənkarlığı nəticəsində vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, “Nərgiz” Klinikasının baş həkimi İlham Yusubov bildirib ki, həkim səhlənkarlığından söhbət gedə bilməz: “Yanvarın 22-də Goranboy rayon Qızılhacılı kənd sakini, 1953-cü il təvəllüdlü Nəbiyev Şamil Kamal oğlu həyat yoldaşı və qızı ilə xəstəxanaya müraciət edib. Xəstə ağciyər və ürək çatışmazlığından əziyyət çəkib.

 

Xəstəxanaya daxil olan zaman o, 280 təzyiqlə çox ağır vəziyyətdə olub. Ş.Nəbiyev bir neçə ay bundan öncə başqa klinikada qasıq yırtığından əməliyyat olunub. Həmin gün də cərrahın yanına gedirmiş.

 

Yolda vəziyyəti pisləşdiyi üçün cərrah onu həkimə yönləndirib. Ş.Nəbiyev daha əvvəl də bizim klinikanın kardioloqu Tural Allahverdiyevin xəstəsi olduğu üçün birbaşa klinikaya gəlib. Həkimlər dərhal xəstəyə tibbi yardım göstəriblər. Bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Məsələ ilə bağlı da aidiyyəti orqanlara məlumat verilib”.Oxu.az

Tarix: 23 Yanvar 2020, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin