BURADA REKLAMINIZ OLA
BİLƏR

“Söhbət namus-qeyrətdən gedirsə...”

Müğənni İlhamə Qasımova ilə Rəqsanə İsmayılova küsülü imiş.

 

Pravda.az xəbər verir ki, bu haqda İlhamə "ATV maqazin onlarla"da danışıb. O bildirib ki, aralarındakı qalmaqala səbəb bir vaxtlar Rəqsanənin "Bivəfa" mahnısını ələ salması olub:

 

"Çal-çağır" verilişində mahnını əyə-əyə oxudum. Yadımda qalan yeganə mahnı o idi. İnciməyə dəyməzdi. Küsdü, haqqı var. Mən onun yaradıcılığına sataşmışam, o da cavabımı verdi".

 

İlhamə Rəqsanənin Rusiyada işləməyə gedən müğənnilərlə bağlı dediyi qalmaqallı sözlərə də münasibət bildirib:

 

"Xoşuma gəlməyən bir şey oldu ki, Rusiyaya gedən müğənnilər haqda nələrsə dedi. Söhbət namus-qeyrətdən gedirsə, bir xanım olaraq o sözü yaymamalı idi. Təklikdə deyərdi ki, bu işi görmə. Dırnaqarası qonşularımızın yaşadığı ortamda bir-birimizi dəstəkləməliyik. Sosial şəbəkədə dediklərimizə fikir verməliyik, dünya izləyirik. Kardaşyanlar bir-birini qırır, vurur. Onlar bir-birini sillələməklə gündəmə gəlsinlər.

 

Rusiyaya gedənləri qınamaq olmaz. Biri deyir, göyərti qiymətinə gedir. Çox pis oldum. Pul qazanmırlar, ailə saxlayırlar. Üç, beş uşağı var, hamısının milyonu var. Deyirlər, maşınını sat. Satdı, alan var? 50 minlik maşını 30 minə satan var, alırsan? Heç kim özünü aşağı qiymətə sata bilməz".

Tarix: 31 May 2021, 22:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin