BURADA REKLAMINIZ OLA
BİLƏR

Füzuli Beynəlxalq Hava Limanı sentyabr ayının sonunadək istifadəyə veriləcək

 

İşğaldan azad edilmiş Füzuli şəhərindəki beynəlxalq hava limanının 2021-ci il sentyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.

 

Bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.

 

Onun sözlərinə görə, hava limanının ümumi uzunluğu 4,8 kilometr təşkil edəcək, bunlardan üç kilometri uçuş-enmə zolağı, hər biri 900 metr olan işıqlandırma zonalarıdır. Bu gün hava limanının tikintisi ilə yanaşı, naviqasiya və digər avadanlıqların quraşdırılması işləri aparılır:

 

""Zəfər yolu" avtomobil yolunun bu hava limanına çıxışı olacaq. Bununla yanaşı, Zəngilanda hava limanının tikintisinə başlanılıb və Laçında da hava tikintisinə başlanılması planlaşdırılır".

 

Vitse-prezident qeyd edib ki, hava limanı istifadəyə verildikdə bir terminal fəaliyyət göstərəcək.

Tarix: 1 İyun 2021, 00:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin