BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda keçmiş məmur narkotik vasitələrin satışına görə saxlanıldı - FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Pravda.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

 

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Zeynalov 2008-2011-ci illərdə Xızı rayon Şahmat məktəbinin direktoru işləyib.

 

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Fotoları təqdim edirik
Tarix: 23 Yanvar 2020, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin