BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzərə çirkab sular Dövlət Agentliyinə məxsus ərazidən axıdılırmış...

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindən boru kəməri vasitəsilə çirkab suyun Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Pravda.az-ın məlumatına görə, xidmətin rəsmisi Ramal Bağırov bildirib ki, boru xəttindən axan sudan nümunələr götürülərək, bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 18.8, asılı bərk hissəciklərin 25.6, sintetik səthi aktiv maddələrin isə 2.1 dəfə normadan artıq olduğu məlum olub:

 

“Araşdırma zamanı boru kəməri vasitəsilə Xəzər dənizinə axıdılan çirkab suyun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Xüsusi Yol İstismarı MMC-nin ərazisində formalaşdığı və təmizlənmədən nasoslar vasitəsilə boruya vurulduğu müəyyən edilib.

 

Faktla bağlı akt, protokol tərtib olunub və sözügedən MMC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib”.

Tarix: 1 İyun 2021, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin