BURADA REKLAMINIZ OLA
BİLƏR

"Köçəryan hakimiyyəti ələ keçirtməkdə israrlıdır"

İndicə Rusiyanın RBK kanalında Robert Köçəryanın müsahibəsinə baxdım (təəssüf ki sonuna çatdım). Bilmirəm müsahibənin əvvəlində müharibə mövzusuna toxundu ya yox. Mən qulaq asanda müzakirə mövzusu seçkilər idi. Jurnaistin "seçkidə qalib gəlmək və ya uduzmaq ssenarilərinə necə baxırsınız?" sualına cavabı belə oldu ki, uduzmaq ssenarisini ümumiyyətlə nəzərdən keçirtmir. Dediyinə görə, komandası ancaq qələbəyə köklənib. Jurnalist sanki nə demək istədiyini anladı və cavabın məntiqi nəticəsi olaraq kütləvi aksiyalara, inqilablara münasibətini öyrəndi. Köçəryan dedi ki, aksiyalar heç zaman simpatiyası olmayıb, ancaq hərdən bu, çıxış yolu olur.

Müsahibədən belə qənaətə gəldim ki, Köçəryan hakimiyyəti ələ keçirtməkdə israrlıdır və uduzacağı təqdirdə seçkinin nəticələrini tanımayaraq 2018-ci il ssenarisinə - inqilaba cəhd edə bilər. Alınıb-alınmayacağını isə zaman göstərəcək.

Tarix: 1 İyun 2021, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin