BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda benzinin bahalaşmasının səbəbi açıqlandı

Azərbaycanda Aİ-95 markalı premium benzin bahalaşaraq, 1 manat 40 qəpik olub.

 

Qeyd edək ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini Tarif Şurası deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tənzimləyir. Yəni Aİ-95 benzini ölkəyə SOCAR idxal edir, qiyməti də özü müəyyənləşdirir. Bahalaşmanı Modern.az-ın sorğusuna cavab verərəkən təsdiqləyən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, buna səbəb dünya birjalarındakı qiymət artımlarıdır: “Aİ-95 markalı benzin xaricdən alınır. Neft ucuzlaşanda bizdə də Aİ-95 ucuzlaşır, bahalaşanda bahalaşır. Pandemiyadan əvvəl Aİ-95-in qiyməti 1 manat 50 qəpik olub, neft ucuzlaşdıqca bu markalı benzin hətta 1 manat 10 qəpiyə qədər düşmüşdü. Bir sözlə, Aİ-95 markalı benzinin qiyməti dünya bazarlarındakı neft qiymətlərilə tənzimlənir”.

 

 

İ.Əhmədov deyib ki, bu marka benzin Azərbaycanda çox az istifadə edilir:

 

“Ən çox istifadə edilən Aİ-92 və dizeldir ki, onların da qiyməti stabil olaraq qalır. Bu yanacaq növlərinin qiyməti də dövlət tərəfindən tənzimlənir”.

 

Qeyd edək ki, qiymət artımına qədər Aİ-95 1manat 25 qəpik idi.

Tarix: 2 İyun 2021, 09:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin