"Müharibədən qısa vaxt keçməsinə rəğmən bu il yenidən “Formula 1” yarışlarının Bakıda təşkil edilməsi Azərbaycanın gücünün göstəricisidir. Belə tədbirlərin təşkili həm ölkəmizin bir sıra dövlətlərlə daha sıx əməkdaşlıq etməsində təkanverici rol oynayır, həm də turist axınını artıraraq siyasi və iqtisadi fayda verir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, “Formula 1” və futbol üzrə 2021-ci il Avropa Çempionatının 4 oyununa ev sahibliyi etmək turizm sektorunun inkişafına ciddi töhfələr verəcək: "Bildiyimiz kimi, bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Azərbaycanda görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ÜST Azərbaycanın həm ölkə daxilində, həm də regional və milli ruhda pamdemiyaya qarşı mübarizə tədbirlərində aktiv iştirakı ilə bağlı ölkəmizi nümunə göstərir. Əlbəttə ki, bütün bunlara baxmayaraq, pandemiya bütün dünya ölkələrinin iqtisadiyyatına, xüsusən də turizm sektoruna təsirsiz ötüşməyib. Həmçinin unutmaq olmaz ki, Azərbaycan bundan cəmi 6 ay öncə Vətən müharibəsində parlaq qələbə qazanıb. Müharibədən qısa müddət keçməsinə baxmayaraq, dövlətimiz, şükürlər olsun ki, toparlanmağı bacarıb: həm işğaldan azad olunmuş ərazilərdə bərpa işləri görülür, həm də yenidən “Formula 1” və digər böyük beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Sevindirici haldır ki, bütün bunlar gələcəkdə ölkəmizin turizm potensialının yüksəlməsinə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərin təbii relyefi, orada görüləcək işlər həmin ərazilərin cənnət məkanına çevrilməsinə səbəb olacaq ki, bu da öz növbəsində gələcəkdə turist axınının sürətlənməsinə gətirib çıxaracaq".
C.Osmanov vurğulayıb ki, beynəlxalq idman yarışlarının Azərbaycanda təşkil edilməsi vacib və əlamətdardır:"Bir neçə gün sonra Bakıda keçiriləcək “Formula 1” yarışları bütün dünyada maraqla izlənilən idman növlərindən biridir. Azərbaycan ilk dəfə deyil ki, yüz milyonlarla izləyicisi olan belə beynəlxalq yarışa ev sahibliyi edir. Koronavirusun dünya iqtisadiyyatına vurduğu zərərə və Azərbaycanın müharibədən yenicə çıxmasına baxmayaraq, ölkəmizin “Formula 1” yarışlarına bir daha ev sahibliyi etməsi Azərbaycanın gücünü və qüdrətini göstərir. Ümumiyyətlə, ölkəmiz artıq bu sahədə çox təcrübəlidir: vaxtilə Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan, həmçinin 2015-ci ildə Avropa oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının, eləcə də “Formula 1” yarışlarının təşkilatçısıdır. Belə yarışların təşkili təsdiq edib ki, bu təşkilatçılıq Azərbaycanın siyasi baxımdan bütün dünyada tanıdılmasına xidmət etməklə yanaşı, həm də turizm sektorunu inkişaf etdirir. Statistikaya nəzər yetirsək görərik ki, bu yarışlar Azərbaycanda keçirildikcə ölkəmizə gələn turistlərin sayı ilbəil artmağa başladı. Turistlərin ölkəmizdə müəyyən sahələrdə - otellərdə, restoranlarda, istirahət mərkəzlərində pul xərcləməsi də ev sahibliyi etdiyimiz yarışların bizim üçün iqtisadi faydasını göstərir”.
Nəzrin Cavid
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin