BURADA REKLAMINIZ OLA
BİLƏR

İsrailin yeni prezidenti seçildi

İsrailin yeni Prezidenti seçilib.

 

Knessetdəki səsvermə nəticəsində İsaak Herzoq İsrailin 11-ci Prezidenti seçilib.

 

Knessetin 120 üzvündən 87-si İ. Herzoqun lehinə səs verib.

 

Qeyd edək ki, bu il hazırkı prezident Reuven Rivlinin səlahiyyət müddəti başa çatır.

 

Prezidentlik postuna iki namizəd var idi - "Əmək" partiyasının sabiq lideri İsaak Herzoq və maarifçi, sosial aktivist Miriam Peretz.

 

Xatırladaq ki, İsaak Herzoq İsrailin sabiq Prezidenti Çaim Herzoqun oğludur.

Tarix: 2 İyun 2021, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin