BURADA REKLAMINIZ OLA
BİLƏR

Slovakiya dövlət başçısı Azərbaycan Prezidentini təbrik etdi

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Pravda.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Azərbaycan xalqına sülh, firavanlıq və demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi işində uğur arzulayıram. İnanıram ki, Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər hər iki ölkənin vətəndaşlarının rifahı naminə inkişaf edəcəkdir".

Tarix: 2 İyun 2021, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin