BURADA REKLAMINIZ OLA
BİLƏR

“Sənə zəng etmədiyimə görə utanıram”

Aparıcı Şamil Famillinin vəfatı ailə üzvləri, yaxınları ilə yanaşı, sənət nümayəndələrini də sarsıdıb.



Pravda.az xəbər verir ki, onlar sosial şəbəkə hesablarında 1990-cı illərin ən öndə olan siması ilə bağlı paylaşımlar edib, xatirələrini bölüşüblər.
 

Xalq artisti Zülfiyyə Xanbabayeva Ş.Famillinin fotosunu paylaşaraq, “Bu da son...” qısa şərhini verib.

 


Əməkdar artist Sevda Ələkbərzadə:
 

Bilmirəm nə yazım, bilmirəm. Hardasa içimdə utanc hissi keçirirəm ki, zəng etmirdim, çox nadir hallarda danışırdıq. Amma sən həmişə bizə necə doğma olduğunu, bizim olduğunu bilirdin. Şamulya, ağrılıdır, utancvericidir, təəssüfvericidir”.

 


Əməkdar artist Lalə Məmmədova:
 

“Sən mənim yaradıcılıq həyatımda parlaq səhifələrdən biri oldun. Gözəl işlərin araya-ərsəyə gəlməsi üçün doğru insanların doğru zamanda görüşməsi lazımmış. Sən həmin doğru insan oldun! Sənə olan minnətdarlığım heç vaxt bitməyəcək, Şamil. Haqqında heç vaxt keçmiş zamanda danışmayacam. Sən həmişə mənimləsən. Nur içində yat, əziz dost”.

 



AzTV-nin bədii rəhbəri Ranar Musayev:
 

“Allah sənə rəhmət eləsin, Şamulya. Tanışlığımız “Lider”ə (Lider TV-red.) gəldiyim gün liftin yanında oldu. Adımı və adımı sevmədiyimi eşidən kimi dedi ki, bu adla düzgün ünvana gəlmisən, məşhur olmağına kömək edəcək, bu fərqli ad bir siqnal idi ki, bura gələsən. Hər şeyə özünəməxsus şərhi var idi”.  
 

Aparıcı Lətafət Ələkbərova:
 

“Əlvida, mənim əziz dostum Şamil. Sənin haqqında keçmişdə danışmaq çox ağırdır... Sən mənim sirdaşım, doğmam, əzizim, ən yaxınım... Əlvida”.
 

Qeyd edək ki, aparıcı Ş.Familli mayın 31-də ürəktutmadan vəfat edib. O, AzTV və Lider TV-də fəaliyyət göstərib. Tanınmış sima bir müddət əvvəl ARB TV-də yayımlanan “Bazar düzü” verilişinin aparıcısı olub.


Tarix: 3 İyun 2021, 07:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin