BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili "Yaşıl bazar"ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Tarix: 3 İyun 2021, 07:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin