BURADA REKLAMINIZ OLA
BİLƏR

“Panorama Park”-ın sakinləri “Azərişıq”dan şikayət etdi, qurum cavab verdi - FOTO

“Panorama Park” yaşayış kompleksinin sakinləri “Azərişıqdan borclarının silinməsini tələb edirlər.

 

Pravda.az-ın xəbərinə görə, sakinlərin şikayətində qeyd olunur: “Yaşadığımız “Panorama Park” yaşayış kompleksində “Azərişıq”sayğac quraşdırmadan öncə elektrik enerji sərfiyyatının ödənişini MTK tərəfindən quraşdırılan sayğaclar vasitəsi ilə MTK-a ödəniş edirdik. (orta hesabla ayda 20-35 AZN). Daha sonra Azərişıq 2019-cu ilin noyabr ayının 20-də start verdiyi, lakin dekabrın 10-da plomblayıb, qeydiyyatada alıb sərfiyyatı hesabladığı və 10 yanvar 2020-ci il tarixdə göndərdiyi bildirişdə anormal məbləğlər ortaya çıxdı. Bildirişdə qeyd olunan sərfiyyat və məbləğlər dodaq uçurdan qismindədir. “Azərişığ”ın nümayəndəsinin bildirdiyinə görə, məbləğlər bildirişdə 30 gün qeyd edilsə də, əslində 50 günün, yəni sayğacların quraşdırıldığı (start verilib lakin plomblanmadığı gündən) hesabıdır. Azərbaycan Prezidentinin sərəncamı ilə və qanunla nizamlanan qaydada elektrik sərfiyyatı 30 gün içində hesablanmalıdır və hər bir abonent üçün 300 kv limitdən istifadə haqqı tanınır. Əgər 50 günlük bir sərfiyyat varsa, “Azərişıq” bunu niyə iki bildiriş formasında deyil, tək bir ay halında göndərir? Səbəb nədir? Vətəndaş kimi tanın limitdən niyə istifadə etməməliyəm? Prezidentin göstərişinə və qanunlara zidd hərəkət edirsiz? Burada “Azərişığ”ın və ya MTK-nın marağı nədir? Məsələ ilə əlaqədar MTK-a müraciət etsəkdə, “Azərişığ”a yönləndirir, “Azərişığ”a müraciət etdikdə isə bizi "Məsələni MTK həll etməlidir" deyərək yola salır. Əlacsız qalan sakinlər “Azərişığ”a müraciət edərək sayğacların yoxlanılmasını tələb etdik lakin sayğacların normal işlədiyini hər hansı bir problem olmadığını qeyd etdilər. Sayğaclar quraşdırılıb, nə müqavilə var, nə aktlar, nə dəki sadalanan bu sənədlərdə abonent olaraq biz sakinlərin (yaşayan) imzaları yoxdur. Heç bir halda sayğac quraşdırılanda, plomblananda iştirak etməmişik. Sayğacın sıfır (0) olduğunun sübutu yoxdur və hal hazırda tələm-tələsik ödənişlərin ödənilməsini tələb edirlər. İyun ayından noyabr ayınadək toplam sərf edilmiş elektrik sərfiyyatı 2 791 kvts olduğu halda, “Azərişığ”ın 10.12.2019-10.01.2020 tarixləri arasında qeyd etdiyi sərfiyyat isə 2524 kvts gəlir. Düşünün! 83 kvm sahəli mənzil bu müddətdə 702 AZN sərfiyyat hesablayırlar. Sizcə, bu nə dərəcədə düzgündür? Biz sakinlər olaraq hesablamanın düzgün olmadığını və 20 gün (qeydiyyata alındığı, plomblandığı gündən) hesablanan elektrik enerji sərfiyyatının hesabımızdan silinməsini tələb edirik!”

 

“Azərişıq” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qəbzlərdə göstərilən rəqəmlər sırf sayğac göstəricilərini əks etdirir:

“Qeyd edilən ərazidən 6 abunəçinin şikayəti var idi. Onların özlərinin iştirakı ilə araşdırıldı və nəticədə məlum oldu ki, sayğaclar tam normal işləyir. Həmin abunəçilər də bu nəticədən razı qaldılar. Qəbzlərdə göstərilən “əvvəlki göstərici” sayğacın quraşdırıldığı tarixi göstərir. Bundan sonra isə hər ayın 10-da həmin abunəçilərin sayğacları oxunaraq qəbzlər onlara təqdim ediləcək”.

Fotoları təqdim edirik
Tarix: 23 Yanvar 2020, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin