BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüqar Qaradağlının qaynına vəzifə verilir

Ötən gün “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bldirib.

 

Pravda.az-ın məlumatına görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir.

 

Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

 

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Space” telekanalına rəhbər təyin olub.

 

Bizim.Media

Tarix: 3 İyun 2021, 18:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin