BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bizdən sonra ermənilər məscid tikər?!"

Sosial şəbəkədə Xocalı hava limyyýhğanı yaxınlığında məscidin inşa edilməsi barədə foto yayılıb. Fotonu paylaşyan mənbənin erməni jurnalist Bella Lalayan olduğu deyilir.

Yenisabah.az xəbər verir ki, Xocalı rayonunun deputat Elman Məmmədov məlumatın həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, 29 ildir orada azərbaycanlılar yaşamır: “Kim kimin üçün inşa edib bu məscidi?! Ora Xocalı ərazisidir, biz çıxana qədər orada məscid tikməmişdik. Bizdən sonra ermənilər məscid tikər?! Ermənilər məscid düşmənidir, bizim məscidləri dağıdıb, murdarlayıblar. Bu məlumat tamamilə yalandır.

Əvvəla ora Xankəndi yox, Xocalı aeroportudur. Bütün sənədlərdə həmin hava limanının adı Xocalı aeroportu kimi gedir. Çünki Xocalının içindədir, yaşayış evləri ilə 100-200 metr məsafədə idi. İndi həmin yaşayış evlərinin hamısını ermənilər söküb darmadağın ediblər.

Xocalıya qayıdanda evlərimizi də, məscidlərimizi də tikəcəyik. Ancaq bu, ermənilərə aid söhbət deyil”.

Teleqraf.com

Tarix: 3 İyun 2021, 22:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin