BURADA REKLAMINIZ OLA
BİLƏR

"O sözü deyən yaxşı aktyor deyil" - İlhamədən Fərdaya

Müğənni İlhamə Qasımova aktyor Fərda Xudaverdiyevlə bağlı qalmaqallı sözlər deyib.

 

Pravda.az xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" verilişində danışıb. Proqramda aktyorların qadın paltarı geyinməsi müzakirə olunub. Aparıcı Fərdanın "Heç vaxt qadın paltarı geyinmərəm" sözlərini xatırladıb. Bu isə İlhaməni əsəbiləşdirib.

 

"Aktyorlar o sözü deməz. Bəlkə işinə görə elə rolu oldu ki, geyindi. "Etmərəm" sözünü deyən aktyor aktyor deyil. Onu aktyor deyibsə, indidən göstərib ki, yaxşı aktyor deyiləm. Fərda aktyordur, stand-up edir, bəlkə tələb edildi? Hollivud ulduzlar var ki, geyinir. "Oskar" alan aktyor var, qadın geyimi geyinib və ailəsi də var"  deyə, İlhamə söyləyib.

Tarix: 4 İyun 2021, 00:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin