BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Paşazadə seçicilərlə görüşlərini davam etdirir - FOTOLAR

75 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Paşazadənin seçicilərlə çox səmimi görüşlər keçirir.

 

Pravda.az-ın xəbərinə görə, deputatlığa namizəd Cavanşir Paşazadə yanvarın 23-də insanlarla bir araya gəlib. Ölkədə aparılan kadr, eləcə də, iqtisadi-sosial islahatlardan  danışan Cavanşir Paşazadə ölkə başçısının gördüyü işləri müsbət dəyərləndirib.

 

Deputatlığa namizəd qeyd edib ki, Lənkəran-Masallı rayonlarında 15 il bundan qabaq qaz-işıq problemlərinin olmasından şikayətlər olurdusa, bu gün o cür şikayətlər yoxdur.

 

Rayon camaatı deputatlığa namizədlə görüş zamanı növbəti dəfə ona səs verəcəklərini xüsusi qeyd ediblər.

 

Sonda Cavanşir Paşazadə hər bir seçicisinə minnətdarlığını bildirib.

Fotoları təqdim edirik
Tarix: 23 Yanvar 2020, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin