BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalistlər Ağdamda mədəni irs obyektlərinin durumu ilə tanış olacaqlar

Bir qrup kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna növbəti səfəri başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, məqsəd Ağdam şəhərinin mərkəzində yerləşən mədəni irs obyektləri ilə tanışlıqdır.

 

Səfər çərçivəsində Ağdam ərazisindəki Cümə məscidi, Çörək muzeyi, inzibati bina, Şahmat evi, Dram Teatrı, Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi, Qiyaslı kəndindəki məscid, Şahbulaq qalası və məscidinə baxış keçiriləcək.

 

Qeyd edək ki, səfəri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti təşkil edib.

Tarix: 4 İyun 2021, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin