BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu, artıq antimüharibədir” - Mirşahin

“Biz Dağlıq Qarabağda qalib gəlmişik, işğaldan azad olunan ərazilərimiz bizimdir. Bütün torpaqlarımızda bayrağımızı dalğandırmışıq. Bu, məğlubiyyəti ilə əvvəl barışan, kapitulyasiya aktı imzalayan tərəfin sonradan özünü göstərməkdən ötəri düşünüb ortalığa atdığı iyrənc bir maneradır. Bu, artıq antimüharibədir”.


Pravda.az xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bu gün minaya düşən jurnalistlərin anım tədbirində deyib.

O qeyd edib ki, müharibənin də qanunları var:

“Biz neçə vaxtdır tələb edirik ki, minaların xəritəsini tədqim etsinlər. Xəritəni verməmək soyqırımı, qətliam, terrorçu düşüncəsinə malik qövmün xarakteridir.

Onlar bizimlə dinc insanları qətlə yetirməklə mübarizə aparırlar. Bu, Xocalı qətliamını törətmiş insanların bugünkü hərəkəti Xocalı soyqırımının başqa bir müstəvidə davamıdır.

Azərbaycan öz bayrağını işğaldan azad olunmuş ərazilərdə dalğalandırıb. Bu bayraq onların məğlubiyyətlərinin şəklidir. Onlar aciz olduqlarının qəddarlığını bizə yaşatmaq istəyirlər”.

M.Ağayev həmkarlarının şəhid olmaları ilə bağlı dərin hüznlə başsağlığı verib.

Tarix: 4 İyun 2021, 18:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin