BURADA REKLAMINIZ OLA
BİLƏR

Tarix İnstitutunun işə qəbul haqqında elanı üzrə müsabiqənin nəticələri açıqlandı

AMEA Tarix İnstitutu mart ayının 30-da tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və Orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etmək üçün verdiyi elanın nəticələrini açıqlayıb.


İnstitutdan Pravda.az-a verilən xəbərə görə, elan verilən gündən müxtəlif yaş kateqoriyalarından 30-a yaxın müraciət daxil olub.


Müraciət edən şəxslərdən 23 nəfərin şəxsi məlumatları vakansiyaya uyğun olduğu üçün onların şəxsi məlumat blankları qəbul edilib və 2 mərhələdən ibarət olmaqla müsahibə keçirilib.


Müsahibənin 1-ci mərhələsində iddiaçıların CV-də göstərdikləri xarici dillər üzrə dil bacarıqları yoxlanılıb, onlar elanda göstərilən mövzular üzrə esselər yazıblar. 2-ci mərhələdə isə seçilən iddiaçılarla yenə də elanda göstərilən dövrlər və problemlər üzrə fikir mübadiləsi aparılıb. Beləliklə, Azərbaycan tarixinin qədim və orta əsrlər tarixi istiqamətləri üzrə 5 gənc Tarix İnstitutuna işə qəbul edilib. Onlar göstərilən dövrlərin aktual problemləri ilə bağlı tədqiqat işlərinə cəlb olunacaqlar.


Tarix İnstitutu tarixi tədqiqatlara marağı və müəyyən edilmiş dövrlər üzrə dil hazırlığı olan magistrantların işə qəbulunu davam etdirəcək.


Tarix: 4 İyun 2021, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin