BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Mustafayev Minaya qadağa qoydu

“Vahid Mustafayev icazə vermir ki, həmin mahnıları ifa edim. O deyir ki, bu, mənim mahnılarımdır. Əks halda məni məhkəməyə verəcəyini söyləyib”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “Dur oppan”, “Hər şey istəyirəm” kimi mahnılarla populyarlaşan müğənni Mina Hüseyn deyib.

 

O, “Senzurasız show news” layihəsinə qonaq olarkən bildirib ki, ANS TV imzalı sözügedən bəstələri bu gün səsləndirə bilmir:

 

“Dənizkənarı parkda konsertdə həmin “İstəyirəm” mahnısını oxumuşdum, səhnədən endirmişdilər ki, oxumaq olmaz! Həm özümə problem yaradır, həm də Vahid Mustafayev qəti şəkildə icazə vermir. Başqa kanallara qatılanda ifa edirdim. Çox xoşuma gəlir, şıltaq mahnılardır. Bəlkə də, həmin bəstələr mənə problem yarada bilər. Bu baxımdan Vahid müəllim düz deyir”.

Tarix: 4 İyun 2021, 20:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin