BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcərdə həlak olanların nəşi ailə üzvlərinə təhvil verildi

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi yaxınlarına təhvil verib.

Pravda.az-ın məlumatına görə, onların nəşi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilmişdi.


Onların sabah torpağa tapşırılacağı ehtimal olunur.

Tarix: 4 İyun 2021, 21:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin