BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Musayevlə bağlı qərar qəbul ediləcək - FHN-nin generalından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Xırdalan şəhərinin Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq çoxmənzilli apartman binasının tikintisinin aparılması ciddi narazılığa səbəb olub. 30-dan çox sakin şikayətçi olduğunu dilə gətirib. 


Pravda.az-ın xəbərinə görə, özünü qanunsuz tikilinin sahibi kimi təqdim edən dünya və Avropa çempionu Araz Musayevlə bağlı FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayoru Hikmət Abbasov açıqlama verib. 


General bildirib ki, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari Sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi  Araz Musayevin əməlləri araşdırılır: "Onunla bağlı yekun qərar araşdırıldıqdan sonra yaxın günlərdə nazirlik tərəfindən qəbul ediləcək". 


Unikal.org

Tarix: 4 İyun 2021, 22:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin