BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə edilməlidir”

"Jurnalistlərin və digər mülki şəxslərin minaya düşərək həlak olması hamımızı məyus edir".


Pravda.az xəbər verir ki, bu sözləri media eksperti, professor Qulu Məhərrəmli bildirib.


"Müharibədə məğlub olmuş tərəfin özünü bu şəkildə həyasızlıqla aparması dünyada nadir hadisələrdəndir. Minalanmış ərazilərin xəritəsinin verilməməsində Ermənistan hərbçilərinə təsir imkanı olan Rusiya da riyakar mövqe tutur, Moskva bu məsələdən Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə çalışır. 


Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməli, xəritənin verilməyəcəyi təqdirdə əks-tədbirlər görməli, o cümlədən xüsusi minalama taktikasından bəhrələnməli, həmçinin beynəlxalq təcrübəyə uyğun olaraq minalı ərazilərin təmizlənməsində həbsdəki erməni hərbçilərindən istifadə etməlidir! Azərbaycanın dinc vətəndaşlarına qarşı mina terroruna son qoyulmalıdır!" - deyə tanınmış jurnalist qeyd edib.

Tarix: 4 İyun 2021, 23:39   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin