BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Enerji içkiləri ölüm riski yaradır” - AQTA həyəcan təbili çaldı

Enerji içkilərinin insan orqanizminə mənfi təsirləri aparılmış elmi araşdırmalar nəticəsində sübut edilib.


Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov danışıb.


O bildirib ki, son vaxtlar xüsusilə də yay aylarında enerji içkisi adı ilə istehlak edilən məhsulların sayı artıb: “Təkcə ölkəmizdə deyil, dünyanın bir sıra dövlətlərində də bu məhsulların istehlakı artıb. Bununla əlaqədar məhsulun nə qədər təhlükəsiz olması barədə suallar yaranıb. Enerji içkilərinin insan orqanizminə mənfi təsirləri mövcuddur. Bu ölüm halları ilə müşahidə olunur. Sırf bu cəhətdən dünyada olduğu kimi Azərbaycan enerji içkiləri sahəsində tənzimləmə tədbirlərinin həyata keçirilməsinə zərurət yarandı”.


Aparat rəhbəri qeyd edib ki, tənzimləmə tədbirləri olmadıqca istehsalçılar enerji içkilərinin içərisinə stimullaşdırıcı kompanentləri istədikləri qədər yerləşdirə bilirdilər, bu isə istehlakçılar üçün risk yaradırdı: “Bu birbaşa insan həyatı üçün ölüm riski yaradır”.


Elxan Mikayılov əlavə edib ki, enerji içkiləri tərkibində mərkəzi sinir sisteminə stimullaşdırıcı və yuxuqovucu maddələrin də olduğu içki növüdür.

Tarix: 4 İyun 2021, 23:51   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin