BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib - İTTİHAM

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan "Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.


Pravda.az xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.


O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt  almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.


Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Qafqazinfo 

Tarix: 5 İyun 2021, 00:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin