BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məktəbli dəm qazından boğuldu

Qaxda 10-cu sinif şagirdi dəm qazından boğularaq ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

 

Kənd sakini, 17 yaşlı Rövşən Kamran oğlu Qurbanov yaşadı evin vanna otağında dəm qazından zəhərlənib. R.Qurbanov yaxınları tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

 

Meyit müayinə olunması üçün məhkəmə tibb ekspertizasına verilib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 23 Yanvar 2020, 21:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin