BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

 

Şəmkir rayon sakini 1981-ci il təvəllüdlü Vüsal Hüseynov və onun həmyerlisi 1986-cı il təvəllüdlü Vasif Həsənov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

 

Bu zaman V.Hüseynov bıçağa əl ataraq V.Həsənova üç bıçaq zərbəsi vurub.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir.

 

Hadisəni törədən şəxs isə saxlanılıb.

 

Qeyd edək ki, bıçaq xəsarətləri alan şəxsin hadisəni törədənin keçmiş həyat yoldaşının əri olduğu bildirilir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Report

Tarix: 6 İyun 2021, 09:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin