BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiya Jurnalistlər İttifaqı Kəlbəcərdəki faciə ilə bağlı başsağlığı verdi

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanın Kəlbəcər rayonunda minaya düşməsi nəticəsində iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı verib.

 

Pravda.az-ın məlumatına görə, qurumun rəsmi saytında yerləşdirilən başsağlığında deyilir:

 

“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalist minaya düşərək həlak olub. Partlayışın qurbanları iki bizim həmkarımız olub - televiziya operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər İttifaqı həlak olanların ailələrinə və dostlarına, həmkarlarına səmimi başsağlığı verir”.

Tarix: 6 İyun 2021, 14:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin