BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu məhdudiyyət aradan qaldırılır - DİQQƏT

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.


Bakı Nəqliyyat Agentliyindən Pravda.az-a verilən məlumata görə, dəyişikliyə əsasən trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılacaq:


07.06.2021-ci il səhər saat 06:00-dan Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa ediləcək.


Azneft dairəsi - Niyazi küç.- İstiqlaliyyət küç.- B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların 20-ci Sahə dairəsi, 65 nömrəli marşrutun isə Azneft dairəsi istiqamətində fəaliyyəti bərpa ediləcəkdir.


Qeyd olunub ki, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.

Tarix: 6 İyun 2021, 17:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin