BURADA REKLAMINIZ OLA
BİLƏR

Novxanı-Binəqədi yolunda 4 avtomobil toqquşdu: Yaralılar var - FOTO

Novxanı-Binəqədi yolunda ağır qəza olub.

Pravda.az-ın məlumatına görə, qəza Novxanı-Binəqədi avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Belə ki, hərəkətdə olan 2 "Mercedes" markalı, "Tofaş" və "Toyota" markalı avtomobillərinin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Qəza nəticəsində minik avtomobillərinə ciddi ziyan dəyib və 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Bir müddət yolda tıxac yaranıb.

Əraziyə yol polisinin əməkdaşları cəlb olunub və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.


APA

Fotoları təqdim edirik
Tarix: 6 İyun 2021, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin