BURADA REKLAMINIZ OLA
BİLƏR

“Unikal” 11 yaşını qeyd edir

Bu gün “Unikal” qəzeti və “Unikal.org” xəbər portalının fəaliyyətə başlamasının 11 ili tamam olur. Bu media qurumları ilk dəfə oxucularla görüşə 2010-cu il iyunun 6-da gəlib.


Unikal.org xəbər portalı uzun illərdir aktiv xəbər yayımını həyata keçirir və fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır.


Xüsusi qeyd edə bilərik ki, hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir və Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, dövlət qurumları ilə əməkdaşlıq edir.


Pravda.az kollektivi həmkarlarını təbrik edir.

Tarix: 6 İyun 2021, 23:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin