BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kütləvi dava: 1 qadın və 2 kişi bıçaqlandı

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

 

Pravda.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

 

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Seyidova Elnarə Mirağa qızı, 26 yaşlı Əliyev Əbdülkərim Vaqif oğlu və 24 yaşlı Bağırov Fikrət Qüdrət oğlu bıçaq xəsarətləri alıblar.

 

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

 

Fakt araşdırılır.

 

Report

Tarix: 7 İyun 2021, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin