BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Əzizbəylinin son durumu açıqlandı

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin son durumu açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, sənətçinin qızı Xədicə Əzizbəyli bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

“Atamın vəziyyəti olduğu kimi qalır. Reanimasiya şöbəsində müalicəsini davam etdirir. Həkimlər əllərindən gələni edirlər. Atamın yanaşı xəstəlikləri olduğu üçün 100 faiz dəqiq heç nə deyə bilmirlər. Ümumilikdə vəziyyəti ağır sayılır”, - o deyib.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

Report 

Tarix: 7 İyun 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin