BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəkili güllələyən polisi azad edən Bastrıkinin Bakı səfəri sual altına düşdü

Xəbər verdiyimiz kimi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi güllələyib öldürən Novosibirsk vilayətinin yol polisi müfəttişi Aleksandr Qusev həbsdən buraxılıb. Bu barədə əmri Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin imzalayıb.

Pravda.az xəbər verir ki, bir müddət əvvəl iyunun sonu üçün Bastrıkin Azərbaycana səfərə dəvət olunmuşdu. Lakin son hadisələr, yəni azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması ilə bağlı göstəriş verdiyinə görə Bastrıkinin Azərbaycana səfəri sual altına düşüb.

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V. Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 

 




Tarix: 7 İyun 2021, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin