BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnsan oğlu, sənin valideynin yoxdur?” - Zamiq

“Məcburi köçkün olduğumuz dövrdə çadırda yaşayırdıq. Həmin “palatka”lar bir-birinə yaxın olurdu. Nə danışırdınsa, qonşular eşidirdi. Mən də yan çadırda qalan bir qızı sevirdim, onun üçün mahnı oxuyurdum. Bunu hamı eşidirmiş... Bir gün musiqi dərnəyinin rəhbəri atama demişdi ki, uşağın yaxşı səsi var. Dərnəyə yazıldım, beləcə də oxumağa başladım”.

 

Pravda.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov “Söhbət musiqidən gedir” proqramında qonaq olarkən deyib. Sənətçi səhnəyə gəlişindən, ona populyarlıq qazandıran “Uçduq” adlı layihəsindən söhbət açıb:

 

“Mahnı mənə tamamilə yad idi. Birinci düşündüm ki, alınmayacaq. İki ay üzərində çalışdım. Klipdə Rusiyadan olan bir xanımla rol aldım. Öpüşmək səhnələri oldu. Mənim üçün gözəl idi, amma çətin və ağır addım oldu. Səs-küy yaratdı, klip müzakirə edildi. Yenilik idi... O modellə bir neçə ay dostluğumuz oldu. Ara soyudu, əlaqə kəsildi”.

 

Bundan əlavə, Zamiq mədəniyyət üzvlərinin belə onun haqqında şayiə yaydığını vurğulayıb: “İnsanlar mədəniyyət üzvləri haqqında yaxşı fikirlər söyləmirlər. Bir az vicdan olmalıdır. Tanımadığı şəxslər barəsində necə bu cür danışmaq olar? Qısqanclıqdan şəxsiyyətə toxunacaq sözlər deyirlər. Bunları kənardan eşidirəm, məyus oluram. Bu söz-söhbəti sənətdə olan insanlar da yaradır. İndi ətrafımda belə insan yoxdur. Son dövrlər az insanla dostluq edirəm. İnsanın böyüməsi üçün ətrafında yaxşılar çox olmalıdır.

 

Ana mənim üçün ən böyük dəyər, varlıqdır. Düşünmədən ana üçün özümü güllənin qarşısına atardım. İnsanlar kiminsə haqqında danışanda kövrəlirəm. Çünki onlar öz valideynlərini düşünməyib belə edirlər. Bir söz deyirsənsə, analarının xətrinə dəyirsən. Çünki anası oturub baxır, oğlu haqqında danışanlara baxıb qəlbən qırılır. Elə olur ki, xəbəri yayırlar, insanları yönləndirmək üçün altından da saxta hesabla mənfi rəy, söyüş yazırlar! İnsan oğlu, sənin valideynin yoxdur? Ailə sənin üçün dəyərsizdir? Belə adamları görəndə dəli oluram. İçimizdə olan bu insanları təmizləmək lazımdır. Mən heç kəs haqqında danışmaq istəmirəm, anaların xətrinə dəymək istəmirəm”.

Tarix: 7 İyun 2021, 13:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin