BURADA REKLAMINIZ OLA
BİLƏR

"200" MTK-nın rəhbəri vətəndaşlara qarşı dələduzluq edib

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan "200" MTK-nın rəhbəri Etibar Fərziyev, onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov və Arzu Ağalarovun barələrindəki hökmdən verdikləri şikayət üzrə məhkəmə prosesi başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətinin dəlilləri araşdırılıb.  Məhkəmə baxışı fevralın 3-ə təyin edilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar. İş üzrə 23 nəfər zərərçəkmiş var.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən E. Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.

 

Təqsirləndirilən şəxslər məhkəmə hökmündən narazı qaldıqlarından apelyasiya şikayəti verib.APA

Tarix: 24 Yanvar 2020, 09:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin