BURADA REKLAMINIZ OLA
BİLƏR

Aygün Kazımovanın qardaşı oğlu Prezidentə müraciət etdi - VİDEO

Xalq artisti Aygün Kazımovanın qardaşı oğlu Azərbaycan Prezidenti İlham Əliyevə video müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, Ələsgər Kazımzadə həbsdə olan atası Kazım Kazımzadənin ağır xəstəlikdən əziyyət çəkdiyini və onun azadlığa buraxılmasını xahiş edib. O, atasının vəziyyətinin ağır olduğunu bildirib.

 

Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın qardaşı Kazımzadə Kazım Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum olunub. O,  hal-hazırda ağır onkaloji xəstəlik səbəbi ilə Penitersiar Xidmətin Müalicə Müəsisəsində müalicə olunur.

 

Tarix: 17 Noyabr 2019, 22:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin