BURADA REKLAMINIZ OLA
BİLƏR

Vergi borcu olan şirkət FHN-nin 1,7 milyon manatlıq tenderində qalib oldu - TƏFƏRRÜAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

 

Pravda.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Şahdağ Təchizat” MMC FHN-nin Maddi Texniki-Təchizat İdarəsinə şəxsi heyət üçün səhra geyim dəstləri və digər yumşaq inventarlar satacaq və qarşılığında 1 milyon 765 min 787,4 manat alacaq.

 

Tender müsabiqəsinin qalibi olan “Şahdağ Təchizat” MMC – 17.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Quba rayonu, Quba şəhəri, Dəvədabanı, ev 6-da yerləşir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Rasim İntiqam oğludur.

 

Məlumat üçün bildirək ki, “Şahdağ Təchizat” MMC daha əvvəl də FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. "Şahdağ Təchizat" MMC 2020-ci ilin iyul ayında FHN-yə 3,8 milyon manat dəyərində yumuşaq inventarlar satıb. Ötən il mətbuatda "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə vergi borcunun olduğu yazılıb.

 

Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, hal-hazırda da "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə 83 min 128 manat 55 qəpik vergi borcu var.

 

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.

 

Yeniavaz.com

 

 

 

 

 

 

Tarix: 7 İyun 2021, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin